Türkiyəli voleybolçular Avropa çempionatına məğlubiyyətsiz davam edir

01:00 30-08-2021 400

Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

“Sultanlar” 1/8 final mərhələsi çərçivəsində Çexiya yığmasını 3:1 hesabıyla məğlub ediblər. Onların növbəti rəqibi Polşa-Ukrayna matçının qalibi olacaq.

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.