Türkiyə yığması Avropa çempionatında üçüncü oldu
00:00 05-09-2021 475
Voleybol üzrə Türkiyənin qadınlardan ibarət milli komandası Avropa Çempionatında üçüncü yeri tutub.
Bürünc medal uğrunda qarşılaşmada Türkiyə komandası Niderlanda 3-0 hesabı ilə qalib gəlib.
Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən qarşılaşmanın birinci seti 25-20 hesabı ilə başa çatıb.
İkinci set 25-20, üçüncü set isə 25-23 hesabı ilə yekunlaşıb.
Mənbə: “Haber Global”