Dibala maaşının üç milyon artırılmasını tələb edir

02:00 07-09-2021 394

27 yaşlı argentinalı hücumçu Paulo Dibala  “Yuventus”la yeni müqaviləyə imza atmaq barədə razılığa gələ bilməyib.

Bu barədə jurnalist Nikolo Skira öz “Twitter” hesabında yazıb.

Mənbənin sözlərinə görə, klub oyunçuya 2025-ci ilə qədər müqavilə, illik 8,5 milyon avro maaş, üstəgəl bir milyon avro bonus təklif edir.

Futbolçu isə müqavilənin 2026-cı ilə qədər olmasını, maaşının 10 milyon avroya qədər artırılmasını və iki milyon avro bonus tələb edir.

Hazırda tərəflərin danışıqları davam etdirdiyi bildirilir.

Paulo Dibalanın hazırda hər mövsümünə təxminən yeddi milyon avro qazanır.