DÇ-2022-nin seçmə mərhələsi: Danimarka və Norveçdən beş qol, Türkiyə Niderlandda darmadağın oldu

01:20 08-09-2021 405

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində VI tura start verilib.

İlk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın müqavimətini qıra bilməyib - 1:1.

Son dünya çempionu Fransa Finlandiyaya qalib gəlib - 2:0. D qrupunun digər matçında Bosniya və Herseqovina evdə Qazaxıstanla bacarmayıb.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi isə səfərdə Niderlanda 1:6 hesabı ilə uduzub.

DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr

A qrupu
Azərbaycan - Portuqaliya - 0:3
Qollar:
B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.

İrlandiya - Serbiya - 1:1
Qollar:
Milenkoviç, 87-öz qapısına – Milinkoviç-Saviç, 20

D qrupu
Bosniya və Herseqovina - Qazaxıstan - 2:1
Qollar:
Pyaniç, 74-pen. Menalo, 86 – Kuat, 52. Zaynutdinov, 90+5.

Fransa - Finlandiya - 2:0
Qollar:
Qrizmann, 25; 54.

F qrupu
Danimarka - İsrail - 5:0
Qollar:
Poulsen, 28. Kyaer, 31. Skov Olsen, 41. Dileyni, 58. Kornelius, 90+1.

Avstriya - Şotlandiya - 0:1
Qol:
Daykes, 30-pen.

Farer adaları - Moldova - 2:1
Qollar:
Olsen, 68. Vatnsdal, 72 – Milinkeanu, 84.

G qrupu
Monteneqro - Latviya - 0:0

Norveç - Cəbəllütariq - 5:1
Qollar:
Torstvedt, 23. Haland, 27; 39; 90+1. Sorlot, 59 – Stixe, 43.

Niderland - Türkiyə - 6:1
Qollar:
Klaassen, 1. Depay, 16; 38-pen; 54. Til, 80. Malen, 90 – C.Ünder, 90+2.

H qrupu
Rusiya - Malta - 2:0
Qollar:
Smolov, 10. Bakayev, 84.

Slovakiya - Kipr - 2:0
Qollar:
Şçrans, 55. Kosçelnik, 78.

Xorvatiya - Sloveniya - 3:0
Qollar:
Livaya, 33. Paşaliç, 66. Vlaşiç, 90+4.