Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

20:20 23-09-2021 293

Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir. 

HerGun.Az xəbər verir ki, kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb.

Artıq sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək. 

Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan - Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilirdi.

Kartların qiyməti 2 AZN təşkil edəcək. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev HerGun.Az-a açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib:

“Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.