ABŞ hərbi sənayəsi dövlət sifarişini tam yerinə yetirə bilmir: F-35 tədarükü ləngiyir
01:40 29-09-2021 368
ABŞ-ın “Lockheed Martin” şirkəti COVID-19 pandemiyası səbəbindən planlaşdırıldığından az F-35 qırıcıları ilə ölkəni təmin edəcək.
Şirkət əvvəlcə 2022-ci ildə Pentaqona 158-163 qırıcı verməli idi. Sonradan gələn il yalnız 151-153 hərbi təyyarə istehsal edə biləcəyini və 2023-cü ildən başlayaraq “yaxın gələcək üçün” 156 qırıcı tədarük edəcəyini açıqladı.
ABŞ-ın ən böyük müdafiə podratçısı olan şirkət bu il 139-a qədər F-35 qırıcısı tədarük etməyi planlaşdırır.
Mənbə: “Bloomberg”