Millətlər Liqası: İspaniya yığması İtaliyanı məğlub edərək finala yüksəlib - VİDEO
01:00 07-10-2021 505
Millətlər Liqasının yarımfinalında İtaliya millisi İspaniyanı qəbul edib.
“San Siro” stadionunda baş tutan qarşılaşmada İspaniya səfərdə 1:2 hesabı ilə qələbə qazanıb.
İspaniya millisində 17 və 45-ci dəqiqələrdə Ferran Torres dubl ilə yadda qalıb.
İtaliyanın yeganə qolunu isə Pelleqrini(83-cü dəqiqədə) vurub.
İtaliya millinin üzvü Leonardo Bonuççi 42-ci dəqiqədə qırmızı vərəqə alaraq oyunu tərk edib.