Texasda işçiləri və müştəriləri vaksinə məcbur etmək qadağan olundu - FOTO
ABŞ-ın Texas ştatında müəssisə və təşkilatların işçilərindən, yaxud müştərilərindən koronavirusa qarşı məcburi peyvənd tələb edilməsi qadağan olunub.
Bununla bağlı Texas Qubernatoru respublikaçı Qreq Abbott fərman verib.
“Mən istənilən təşkilat tərəfindən məcburi peyvənd edilməsini qadağan edən fərman verirəm”, - deyə o, özünün “Twitter” hesabında yazıb. O, bu məsələnin ştatın qanunverici orqanının xüsusi iclasına da təqdim edildiyini vurğulayıb.
I issued an Executive Order prohibiting vaccine mandates by ANY entity in Texas.
— Greg Abbott (@GregAbbott_TX) October 11, 2021
I also added the issue to the Special Session agenda.
The COVID-19 vaccine is safe, effective, & our best defense against the virus, but should always remain voluntary & never forced. pic.twitter.com/8hHHLyebCk
Fərmanın mətninə görə, heç bir təşkilat şəxsi səbəblərə - dini inanclarına və ya tibbi problemlərinə görə vaksinasiyaya razı olmayan işçi, yaxud müştəridən COVID-19 əleyhinə peyvənd vurdurmağa məcbur etmək hüququna malik deyil.
Bundan əvvəl Texas hökuməti ştatdakı şirkət və qurumlara, sakinlərindən hər hansı bir xidmətin göstərilməsi üçün koronavirusa qarşı peyvənd barədə sənəd tələbini qadağan etmişdi.
Texas, iqtisadi cəhətdən ən inkişaf etmiş Amerika ştatlarından biridir. Neft hasilatına görə, ştatlar arasında birinci yerdədir.
Mənbə: TASS