Niderlandda kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

04:40 14-10-2021 22

Niderlandda kral taxtının varisləri taxt hüququnu itirmək qorxusu olmadan istənilən cinsdən olan insanlarla evlənə bilərlər.

Bunu Niderland Baş naziri Mark Rutte parlamentə yazdığı məktubda bildirib.

“Hökumət əmindir ki, taxt varisi eynicinsli nikaha girə bilər. Nazirlər kabineti bunun üçün taxt varisinin, yaxud kralın taxtdan imtinasını vacib bilmir”, - deyə məktubda yazılıb.

Qeyd edək ki, Niderlandda eynicinslilərin evliliyi 2001-ci ildə qanuniləşdirilib.

Mənbə: “The Guardian”