Livanda matəm elan olundu - FOTO
21:40 14-10-2021 400
Livanda “Amal” və “Hizbullah” şiə hərəkatı tərəfdarlarının etiraz aksiyası zamanı atışma baş verib.
İnsident paytaxt Beyrutda qeydə alınıb.
İlkin məlumatlara görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-a yaxın şəxs isə yaralanıb.
Baş verənlərlə əlaqədar 15 oktyabr ölkə ərazisində matəm günü elan edilib.
Mənbə: TASS