Haitidə 17 ABŞ missioneri oğurlanıb

16:00 17-10-2021 327

Haitidə ABŞ vətəndaşları olan 17 nəfər xristian missioner və onların ailə üzvləri oğurlanıb.

Məlumata görə, onlar Porto-Prens hava limanı istiqamətində hərəkət edən avtobusda olublar. Missionerlər ölkənin digər bir hissəsinə səyahət etməli idilər.

Qeyd edək ki, hazırda Haiti paytaxtının yarısı cinayətkar dəstələr tərəfindən idarə olunur.

Mənbə: “The New York Times”