Türkiyəli Merilin Monronun mağazası turistləri cəlb edir – VİDEO

03:00 18-10-2021 394

Türkiyənin Mardin şəhərində yaşayan və məşhur amerikalı aktrisa Merilin Monroya bənzərliyilə seçilən Mələk Qaraxanın 6 kvadratmetrlik sabun və ətir mağazasına daxil olanların burada çox sayda it və pişiklə qarşılaşır.

Belə ki, 46 yaşlı xanım özünü küçə heyvanlarının mühafizəsinə həsr edib. Dörd övladı və iki nəvəsi olan Mələk xanım gəlirinin 90%-ni məhz bu istiqamətdə sərf edir. Şəhərə gələn turistlər foto çəkdirmək üçün onun mağazasına gəlir və Qaraxanın hobbisindən xəbər tutduqda ianələr edirlər. 

Türkiyəli məşhur pişiklər üçün 50 yerlik sığınacaq açıb və tezliklə itlər üçün də analoji müəssisə yaratmağı planlaşdırır.

Mənbə: “Haber Global”