İtaliyada “Cəhənnəm” sərgisi keçirilir
06:00 18-10-2021 380
İtaliyada “Cəhənnəm” adlı sərgi keçirilir.
Tədbir məşhur “İlahi komediya”nın müəllifi Dante Aliqyerinin vəfatının 700 (1265-1321) illiyinə həsr olunub.
Romadakı incəsənət mərkəzlərindən birində təşkil edilən sərgi qonaqlarını tanınmış yazıçının cəhənnəm nəzəriyyəsi ilə tanış edir.
Sərgidə 200-dən çox sənət nümunəsi nümayiş olunur.
Tədbirin 2022-ci ilin yanvarın 9-dək davam edəcəyi bildirilir.
Mənbə: TASS