Türkiyəli xanım 37 dəqiqəyə 247 çöp kabab yeyərək rekord qırdı - VİDEO

07:00 18-10-2021 415

Türkiyənin Dənizli bölgəsində restoranlardan biri ənənəvi olaraq çöp kababı yemək üzrə yarışlar təşkil edir.

Bu dəfəki yarışda isə yeni rekord müəyyənləşdirilib.

Belə ki, tədbirə Ankaradan qatılan Şahika Özən 37 dəqiqəyə 247 çöp kabab yeyərək rekord qırıb.

Bununla da, gənc xanım 13 min türk lirəsi dəyərində pul mükafatının sahibi olub.     

Mənbə: “Haber Global”