Yelkənli gəmi körpüyə çırpıldı - VİDEO

02:40 20-10-2021 335

Braziliyanın Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli təlim gəmisi Ekvadorda piyada körpüsünə çırpılıb.

Gəminin köməyinə gələn yedək gəmisi isə xilas işini yerinə yetirərkən batıb.

Hər iki gəminin ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Braziliya Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, gəminin körpü ilə toqquşması suda olan güclü axın nəticəsində baş verib.

Mənbə: “Fleetmon”