Koronavirusla bağlı SON STATİSTİKA

09:20 20-10-2021 361

Dünyada 242 335 622 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-ın qeyd olunur.

Virusdan 4 928 965 xəstə ölüb, 219 683 229 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (45 996 507 nəfər), Hindistan (34 108 996 nəfər), Braziliya (21 664 879 nəfər), Böyük Britaniya (8 541 192 nəfər) və Rusiyadır (8 060 752 nəfər).

Türkiyədə 7 714 379, İranda 5 809 967, Gürcüstanda 670 552 , Ermənistanda isə 284 237 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (225 325 nəfər), İran (124 423 nəfər) və Türkiyədə (68 060 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 505 554 nəfərin 6 793-ü ölüb, 479 675 xəstə sağalıb.