Nazarbayev hakimiyyətdən getmə səbəbini açıqladı

21:20 21-10-2021 381

Qazaxıstanın ilk prezidenti, elbaşı Nursultan Nazarbayev hakimiyyətdən getməsilə bağlı qərara təsir edən həlledici amildən danışıb.

O, bunun səhhətilə əlaqəli olduğunu deyib.

Nazarbayev hələ 2011-ci ildə onurğasında ciddi əməliyyat keçirdiyini və məhz bu əməliyyatın fəsadlarının onun hakimiyyətdən getmə qərarına təsir etdiyini bildirib.

Qeyd edək ki, Nazarbayev 16 dekabr 1995-ci il – 20 mart 2019-cu illərdə Qazaxıstanın prezidenti olub.

Mənbə: TASS