Nepal və Hindistanda yağan şiddətli yağışlar nəticəsində ölənlərin sayı 180-i ötüb - VİDEO

08:00 22-10-2021 371

Nepalda artıq bir neçə gündür davam edən şiddətli yağışlar nəticəsində həyatını itirənlərin sayı 88 nəfərə çatıb.

Bu barədə Nepalın Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, 30 nəfər hazırda itkin düşmüş hesab olunur.

Həyatını itirənlərin əksəriyyəti ölkənin şərqində yerləşən Pantçxar əyalətinin sakinləridir.

Eyni mənzərə Nepalla qonşu Hindistanada da müşahidə olunur. Burada təbii fəlakət 100-dək insanın həyatına son qoyub.

Mənbə: TASS