Telman İsmayılov təcridxanadan azad edildi

21:40 22-10-2021 280

İş adamı Telman İsmayılov Monteneqroda saxlanıldığı təcridxanadan azad edilib.

Bu barədə onun vəkili məlumat verib.

O, bildirib ki, İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb və bu səbəbdən də Rusiyaya ekstradisiya oluna bilməz.

Qeyd edək ki, Rusiya Baş prokurorluğu iş adamının cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Monteneqrodan bu ölkəyə təhvil verilməsini tələb edib.

Mənbə: “RİA Novosti”