Rusiyada şagirdlər məktəbdən yayınmaq üçün “maraqlı” üsul istifadə ediblər
07:40 23-10-2021 354
Rusiyanın Biysk şəhərində məktəblilər dərslərdən yayınmaq üçün “maraqlı” üsuldan istifadə ediblər.
Belə ki, şəhərdəki 34 nömrəli məktəbin şagirdləri təhsil müəssisəsində atışma təşkil edəcəklərini bildiriblər.
Faktla bağlı araşdırma aparan polis əməkdaşları tərəfindən informasiyanı yayan şagirdlər dindirilib. Polis onları dərslər başlayan zaman buraxıb. Beləliklə, onlar dərsdən yayınmaq planları da suya düşüb.
Mənbə: Vesti.ru