Ukrayna XİN rəhbəri: “Ölkənin NATO-ya üzvlüyü sadəcə zaman məsələsidir”

02:40 24-10-2021 333

Ukrayna XİN rəhbəri Dmitri Kuleba ölkəsinin Avropada təhlükəsizlik üçün tam məsuliyyət daşımağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqı və NATO-da üzvlük məsələsi sadəcə zaman məsələsidir. Dövlət bunun üçün lazımı siyasət istiqamətini götürüb.

“Son 30 il Ukrayna tarixində böyük uğurlar dövrüdür. Bizim həlli tələb olunan bəzi problemlərimiz var”, - deyə o bildirib.