Merkel: “Paltarlarımın rəngi müəyyən siyasi siqnallarla əlaqəli olub”

03:20 24-10-2021 349

Almaniya kansleri Angela Merkel bəzən müəyyən siyasi siqnalları paltarlarının rəngi ilə əlaqələndirdiyini açıqlayıb.

O, geyimlərini muzeylərə bağışlamaq fikrində olmadığını da qeyd edib:

“Onları müntəzəm olaraq ehtiyacı olanlar üçün paltar toplama məntəqələrinə aparırlar. Paltarlarımı muzeyə vermirəm”.

Hökumət başçısı postundan getməsini şərh edən Merkel qeyd edib ki, indi onun üçün yeni bir zaman başlayır.

Mənbə: TASS