Latviyadakı sovet aerodromu NATO-nun oldu

08:40 24-10-2021 366

Latviyada Lielvarde aerodromu tam şəkildə istifadəyə verilib.

Sözügedən aerodrom NATO qırıcıları üçün ehtiyat uçuş-eniş meydançası rolunu oynayacaq.

NATO komandanlığından verilən məlumata görə, aerodrom sutkanın istənilən vaxtı, istənilən hava şəraitində təyyarələri qəbul etməyə hazır vəziyyətdədir.

Qeyd edək ki, aerodrom 1970-ci ildə sovet hərbçiləri tərəfindən tikilib və Baltikyanı regionda ən böyüklərdən biri hesab olunub.