Britaniyalı hərbçilər Əfqanıstanla sərhəd ölkələrdə təxliyyə əməliyyatı aparır

09:00 24-10-2021 337

Britaniyalı hərbçilər Əfqanıstanla sərhədi olan ölkələrdən 102 qaçqını təxliyyə ediblər.

Sözügedən şəxslər NATO missiyasının həyata keçirilməsi zamanı britaniyalılara kömək edən tərcüməçilər, müşavirlər, onların ailə üzvləri və Böyük Britaniya vətəndaşlığı olan şəxslər olublar.

Təxliyyə prosesinin yaxın həftələrdə də davam edəcəyi qeyd olunur.

Mənbə: RT