Çin universitetində partlayış: Ölənlər və yaralananlar var

22:40 24-10-2021 451

Çinin Nankin Aerokosmik Universitetində partlayış baş verib.

Hadisə təhsil müəssisənin laboratoriyasında qeydə alınıb.

İnsident nəticəsində iki nəfər ölüb, doqquz nəfər isə yaralanıb.

Partlayışın səbəbləri açıqlanmır.

Hazırda faciənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, Nankin Aerokosmik Universiteti ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir.

Mənbə: “Sina”