Qubadlı şəhərinin işğaldan azad edilməsinin bir ili tamam olur

00:20 25-10-2021 560

Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən bir il ötür.

HerGun.Az-ın məlumatına əsasən, müzəffər Azərbaycan Ordusu bir il öncə digər əraziləri də işğaldan təmizləyib.

Həmin gün işğaldan azad olunmuş ərazilərin siyahısını təqdim edirik:

Qubadlı rayonu üzrə: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri;

Zəngilan rayonu üzrə: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;

Cəbrayıl rayonu üzrə: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu.