Makronun iqamətgahı üzərində naməlum dronlar görünüb

04:00 25-10-2021 415

Fransa prezidenti Emmanuel Makroun Lanterndəki iqamətgahı üzərində iki ədəd naməlum dron görünüb.

Dövlət başçısının həmin anda iqamətgahda olduğu bildirilib.

Təhlükəsizlik orqanları uçan aparatların sahibini müəyyən edə bilməyiblər.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Ötən il analoji insidentə görə 22 yaşlı tələbə saxlanılmışdı.

Mənbə: “Le Parisien”