Ankaradakı ABŞ və digər ölkələrin səfirliklərindən üzrxahlıq mesajları - FOTO

20:20 25-10-2021 473

Ankaradakı ABŞ və digər ölkələrin səfirlikləri Türkiyə qanunlarına hörmətlə yanaşdıqlarını bəyan ediblər.

Bu barədə rəsmi bəyanat diplomatik nümayəndəliklərin sosial şəbəkə səhifələrindən yayılıb.

Səfirliklər diplomatik münasibətlərə dair Vyana konvensiyasının 41-ci maddəsinə sadiq qaldıqlarını bildiriblər. Məhz bu maddə nümayəndəliklərdən yerləşdiyi ölkənin qanunlarına hörmətlə yanaşmağı tələb edir.

Qeyd edək ki, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Kanada, Almaniya, Fransa, Danimarka, Finlandiya, Niderland, İsveç, Norveç və Yeni Zelandiya olmaqla on ölkənin Ankaradakı səfirlərinin persona non-qrata elan edilməsilə bağlı XİN-ə göstəriş verib.

Dövlət başçısının bu qərarının hüquq müdafiəçisi Osman Kavalanın məhkəmə prosesinə münasibətdə əcnəbi diplomatların sərgilədikləri mövqe ilə bağlı olduğu vurğulanıb.