Uhanda kişi yoldan keçənləri bıçaqladı: Qurbanlar var

09:00 27-10-2021 350

Çinin Uhan şəhərində (Mərkəzi Çinin Hubey əyaləti) bıçaqlı hücum nəticəsində azı 7 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Bu barədə şəhər polis idarəsi məlumat yayıb.

Hadisə Tsaydyan ərazisində baş verib. Bildirilir ki, 39 yaşlı Qao adlı sakin 5 nəfəri bıçaqlayıb, daha bir qurban isə yaralanıb və qaça bilib. Daha sonra cinayətkar yoldan keçən daha iki nəfəri öldürüb.

Polis bildirib ki, daha sonra həmin şəxs körpüdən Yantszı çayına atılıb.

Hücum edənin tutulması və ya meyitinin tapılması barədə məlumat verilmir.