“Mançester Yunayted” Şulşerə üç oyunluq şans verdi

13:40 27-10-2021 430

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ule Qunar Sulşerə öz postunu qorumaq üçün üç oyunluq şans verib.

Bu qarşılaşmalardan sonrakı nəticələr Sulşerin taleyini həll edəcək. Komanda uğursuz çıxış edəcəyi halda baş məşqçi istefaya göndəriləcək.

Bununla belə klub rəhbərliyi bütün ehtimalları nəzərə alaraq artıq yeni baş məşqçinin də axtarışlarına başlayıb.

Mənbə: The Telegraph