Messi Fransa çempionatında lider oldu: Qeyri-dəqiq zərbələrə görə
11:40 30-10-2021 438
PSJ hücumçusu Lionel Messi qeyri-dəqiq zərbələrinə görə Fransa çempionatına liderlik edir. Onun qapıya hədəflədiyi 15 zərbədən cəmi 4-ü reallaşıb, Fransa çempionatında isə bir qol belə vurmayıb.
Bununla belə Messi UEFA Çempionlar Liqasında 3 qola imza atıb - “Mançester Siti” ilə oyunda (2:0) bir qol vurub, “Leypsiq”lə (3:2) isə dubl edib.
Xatırladaq ki, Fransa çempionatının 12-ci turunun “Lill”lə son oyununda argentinalı hücumçu özünü pis hiss etdiyi üçün birinci hissədən sonra əvəzlənib.
Mənbə: Çempionat