Ərdoğanla Baydenin görüşünün vaxtı məlum olub
21:40 30-10-2021 438
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arsında baş tutacaq görüşün tarixi açıqlanıb.
Məlumata görə, iki ölkə liderlərinin görüşü oktyabrın 31-də(sabah) baş tutacaq.
Görüş zamanı F-16 və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacağı bildirilir.
Görüş İtaliyanın Roma şəhərində baş tutacaq.
Qeyd edək ki, Romada “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti keçirilir.
Mənbə: “HaberGlobal”