Romada Ərdoğanla Baydenin görüşü keçirilib – FOTO/VİDEO

14:40 31-10-2021 435

“Böyük İyirmilik” (G20) ölkələri sammiti çərçivəsində Romada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında görüş keçirilib.

Mətbuata qapalı keçirilən görüşdə Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu, həmçinin ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken də iştirak edib.

Dövlət başçıları arasında ikitərəfli münasibətlər və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Öncədən də bildirildiyi kimi, Ərdoğan və Bayden F-35 məsələsini, eləcə də Vaşinqtonun PKK/YPG qruplaşmalarına dəstəyini, həmçinin Suriya, Liviya, Qarabağ kimi bir sıra bölgələrdəki cari vəziyyəti müzakirə ediblər.

Mənbə: “Haber Global”