Yaponiyada parlament seçkiləri keçirilir

15:00 31-10-2021 403

Yaponiyada parlamentin aşağı palatasına seçkilər keçirilir.

Bir çox ölkələrdən fərqli olaraq, burada aşağı palata hökumət başçısının seçilməsi, həmçinin dövlət büdcəsinin təsdiqi kimi məsələlərdə parlamentin yuxarı palatası üzərində üstünlüyə malikdir.

Qeyd edək ki, bugünkü seçkilərdə 1051 namizəd 465 deputat yeri uğrunda mübarizə aparır. Millət vəkillərinin 289-u birmandatlı, 176-sı isə 11 regionada təşkil olunan proporsional partiya siyahıları üzrə səsvermə nəticəsində seçiləcək.

Proqnozlara əsasən, seçkilərdə hakim Liberal Demokratik Partiyanın qalib gələcəyi gözlənilir.

Mənbə: TASS