Türkiyədə rus turistləri daşıyan avtobus aşıb: Yaralılar var

22:20 31-10-2021 368

Antalyada rus turistləri daşıyan avtobus qəza törədib.

Şəhərdəki Rusiya Baş konsulluğundan yayılan məlumata görə, sürücü idarəetməni itirərək qarşı yola çıxıb.

Avtobusun aşması nəticəsində 12 sərnişindən 9-u yaralanıb. Onların xəstəxanaya çatdırıldığı bildirilib.

Mənbə: “RİA Novosti”