“Milan” “Roma”ya qalib gəlib, İbrahimoviç 400-cü qolunu vurub - VİDEO

02:00 01-11-2021 468

İtaliya A Seriyasında XI turun mərkəzi görüşü "Roma" və "Milan" komandaları arasında keçirilib.

Paytaxtın "Olimpiko" stadionunda təşkil olunmuş matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 26-cı dəqiqədə Zlatan İbrahimoviç açıb. 40 yaşlı hücumçu cərimə zərbəsindən fərqlənərək, karyerasında A Seriyasında 150-ci, karyerasında 400-cü qolu vurub.

Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Milan" 2-ci pillədə qalıb. Lider "Napoli" də eyni miqdarda xala malikdir. 19 xalı olan "Roma" isə 5-ci pilləyə enib.