Acun Ilıcalı “Hull City”yə görə nə qədər ödəyəcək?

07:20 01-11-2021 430

İngiltərənin “Hull City” futbol klubu təhvil-təslim işlərinin getdiyini açıqlayıb.

Açıqlamada klubun yeni sahibinin adı bildirilməsə də, yerli KİV bunun türkiyəli şoumen Acun Ilıcalı olduğunu bildirib.

Onun futbol klubuna görə 35.4 milyon avro ödədiyi qeyd olunub. “Championship”də mübarizə aparan klubun bu mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanması halında Acunun daha 20 milyon ödəyəcəyi vurğulanıb.

Mənbə: “Haber Global”