Pentaqon Rusiya-Ukrayna sərhədindəki vəziyyəti izləməkdə davam edir

08:20 01-11-2021 368

ABŞ-ın müdafiə nazirliyi Rusiya-Ukrayna sərhədindəki vəziyyəti izləməkdə davam edir.

Bunu qurumun nümayəndəsi Anton Semelrota bəyan edib.

O, bugünlərdə “The Washington Post” qəzetində bölgədə Rusiyanın öz hərbi qüvvələrini artırması ilə bağlı çıxan xəbərə münasibətdə belə deyib.

“Biz regiondakı vəziyyəti izləməkdə davam edirik. Amma hələ ki, əlavə məlumat verə bilmərik”, -deyə Pentaqon rəsmisi bildirib.

Mənbə: TASS