Putin Rusiyanın koronavirusa qarşı dərman istehsal edəcəyini açıqladı

19:40 01-11-2021 366

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda ölkəsinin koronavirusun müalicəsi üçün dərman istehsalına başlayacağını elan edib.

O, bu barədə Soçidə Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə bildirib.

“İndi onlar hazırlanır və yaxın gələcəkdə müalicə üçün dərmanlardan da istifadə olunacaq”, - deyə Rusiya lideri qeyd edib.

O vurğulayıb ki, koronavirus epidemiyası revaksinasiyanın vaxtında aparılmamasının nəticəsində yaranır.

Mənbə: Mk.ru