Salyanda avtomobil 26 yaşlı gənci vurub
23:20 01-11-2021 331
Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Rayonun Şorsulu kənd sakini, 1995-ci il təvəllüdlü Sabirzadə Sabir Şəhriyar oğlu yolu keçərkən “Moskviç” markalı avtomobil onu vurub.
Müxtəlif xəsarətlər alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.