Şimali Makedoniyanın baş naziri istefasını açıqladı

02:40 02-11-2021 374

Şimali Makedoniyanın baş naziri Zoran Zaev istefa verib.

Bu barədə o, rəsmi “Twitter” səhifəsində yazıb.

Balkan ölkəsinin siyasətçisi bu qərarı hakim partiya- Makedoniya Sosial Demokrat İttifaqı seçkilərdə ikinci turda məğlub olduqdan sonra verib.

“Vətəndaşlarla birlikdə azadlıq və demokratiya gətirdik, demokratiya olanda məsuliyyət də yaranır. Mən Şimali Makedoniyanın baş naziri və partiyanın rəhbəri vəzifəsindən istefa verirəm”, - deyə Zaev vurğulayıb.

Yerli nəşrlərin yazdığına görə, Zaev hesab edir ki, ölkədə növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yoxdur. Qanuna görə, koalisiyanın yeni səsvermə olmadan baş nazir postuna başqa namizədi razılaşdırmaq və hökuməti formalaşdırmaq hüququ var.