Braziliyada xüsusi əməliyyat zamanı bankları soyan 25 cani öldürüldü - FOTO

05:40 02-11-2021 389

Braziliya polisi xüsusi əməliyyat zamanı 25 cinayətkarı zərərsizləşdirib. İlkin məlumatlara görə, onların hamısı bank soyğunçuları dəstəsinin üzvü olub.

Hüquq-mühafizə orqanları onlarla odlu silah və sursat ələ keçirib. Bundan başqa, axtarışlar zamanı azı on oğurlanmış avtomobil aşkar edilib.

“Bazar günü müxtəlif polis bölmələrinin birgə əməliyyatı nəticəsində bank soyğunçuluğu ilə məşğul olan dəstəyə aid olmaqda şübhəli bilinən 25 nəfər öldürülüb”, - deyə yerli mediada yayılan məlumatlarda bildirilir.

Mənbə: G1