İrəvanda təcili yardım işçiləri etiraza qalxdı

14:00 02-11-2021 363

İrəvanda təcili yardım xidmətinin əməkdaşları etiraz aksiyası keçirir.

Çağırışlara getməkdən imtina edən təcili yardım əməkdaşları maaşlarının aşağı olmasından şikayət edir. Onların tələbi əməkhaqqının qaldırılmasıdır.

Aksiya iştirakçıları səlahiyyətli şəxslərlə görüşmədən aksiyaya son verilməyəcəyini açıqlayıblar.

Normadan iki dəfə artıq çağırış qəbul etdiklərini söyləyən aksiyaçılar ailələrinin güzəranının acınacaqlı vəziyyətdə olduğunu bildiriblər.

Mənbə: Sputnik Ermənistan