Azərbaycanlı futbol hakimləri Türkiyədə VAR seminarında iştirak edir - FOTO

19:00 02-11-2021 427

Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə referi, həmçinin "CBC Sport" telekanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirlər.

Bu barədə AFFA məlumat yayılıb.

Bildirilib ki, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, simulyator vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır.

Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Frits Ştuxlikdir.