2200 dollar, qoyun və əkin sahəsinə 9 yaşlı qızı aldı: “Pərvanə ucuz, atası kasıb idi” - FOTO

22:00 02-11-2021 364

Əfqanıstanda bir ailə doqquz yaşlı qızlarını 2200 dollara evlənmək üçün 55 yaşlı kişiyə satıb.

Bir neçə ay əvvəl 12 yaşlı qızını satan ata Abdul Malik bu dəfə “CNN International” kameraları qarşısında doqquz yaşlı qızı Pərvanəni satışa çıxarıb.

Səkkiz nəfərlik ailəsinin ölməməsi üçün bu addımı atmağa məcbur qaldığını söyləyən ata qızının qarşılığında 55 yaşlı Qurban adlı kişidən pulla yanaşı qoyun və əkin sahəsi də alıb.

Hazırda bir arvadı olduğunu söyləyən Qurban adlı şəxs azyaşlını evində işlədəcəyini söyləyib:
“Pərvanə ucuz idi və atası çox kasıbdır. Pula ehtiyacı var. Evimdə çalışacaq, onu döyməyəcəm”.