Qreta Tunberq dünya liderlərindən “bla-bla”nı dayandırmağı istədi - FOTO

00:40 03-11-2021 363

İsveçli ekoloji fəal Qreta Tunberq dünya liderlərini iqlim dəyişikliyi məsələsində fəaliyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, siyasətçilər bu məsələdə və bəşəriyyətin gələcəyi ilə bağlı narahatlıqlarını göstərsələr də, əslində riyakarlıq edirlər.

Qeyd edək ki, hazırda Şotlandiyanın Qlazqo şəhərində COP26 iqlim sammiti keçirilir.

Tunberq bu sammitdən sonra da hər hansı bir dəyişikliyin olacağına inanmadığını deyib.

“Biz bəyan edirik: Daha “bla-bla-bla” olmayacaq, insanların, təbiətin və planetin istismarı olmayacaq”, - deyə Tunberq Qlazqoda keçirilən etiraz aksiyasında bəyan edib.

Mənbə: Evening Standard