Daha bir ölkədə COVID-ə yoluxma rekordu qeydə alındı

01:40 03-11-2021 401

Yunanıstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 6700 nəfərə çatıb.

11 milyona yaxın əhalisi olan ölkə üçün bu, rekord göstəricidir.

Bununla yanaşı, sağalanların sayı 16 050 nəfər olmaqla yoluxanların sayını xeyli üstələyib.

Həmçinin, 59 nəfər sutka ərzində COVID-in qurbanı olub.

Mənbə: TRT