Messi Qətərdə keçiriləcək dünya çempionatından sonra nə işlə məşğul olacağını açıqlayıb

03:20 03-11-2021 423

Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra karyerasını bitirmək ehtimalını dəyərləndirib.

34 yaşlı futbolçu bu barədə düşünmədiyini bildirib.

“Başıma gələnlərdən sonra gündən-günə, ildən-ilə irəliyə doğru hərəkət edirəm. Dünya çempionatında və ondan sonra nə olacağını deyə bilmərəm”, - argentinalı futbolçu vurğulayıb.

Xatırladaq ki, avqustun 10-da Lionel Messi PSJ ilə rəsmi müqavilə imzalayıb.

Ulduz futbolçunun Paris klubu ilə müqaviləsi 2023-cü ilə qədər qüvvədədir.

Mənbə: “Diario Sport”