AMEA-ya yeni birinci vitse-prezident təyin olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katibi vəzifələrini icra edən şəxs məlum olub.
Bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.
Belə ki, iclasda akademik Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.
Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb.
Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.