İspaniyada dörd qızı səkkiz il əsarətdə saxlayan şəxs saxlanılıb - FOTO

03:40 06-11-2021 420

İspaniyada ikisi azyaşlı olmaqla dörd qızı əsarətdə saxlayan şəxs saxlanılıb.

Ölkənin Daxili İşlər Nazirliyindən yayılan xəbərə görə, o, 2014-cü ildə iki qızı və iki bacısı qızlarını analarının icazəsi olmadan özü ilə götürərək Yəməni tərk edib.  

Bu illər ərzində onlar Malayziya, Cənubi Koreya, İndoneziya, Ekvador, Kolumbiya və Türkiyədə olub, nəhayət ötən ilin martında İspaniyanın Mursiya bölgəsinə yerləşiblər.

Qızların acınacaqlı vəziyyətini yerli qeyri-hökumət təşkilatı aşkar edərək müvafiq qurumlara xəbər verib. Onların normal qidalanmadığı və antisanitar şəraitdə yaşadığı bildirilib.

Mənbə: interior.gob.es